FAQ

UTrader platforması nədir?

UTrader platforması müştəriləri beynəlxalq bazarlar ilə əlaqələndirir, səhmlərə, ETF-lərə, opsionlara, fyuçerslərə, investisiya fondlarına, metallara, indekslərə, valyutaya (FX və Kripto CFD), strukturlaşmış məhsullara və sair alətlərə yatırım etmə imkanını yaradır.

Hesab açmaq üçün nə etməliyəm?

Şəxsiyyəti və qeydiyyat ünvanını təsdiq edən sənədləri (məsələn: şəxsiyyət vəsiqəsi və elektron hökümət portalından çıxarış) sizə uyğun “Unibank KB” ASC-nın filialına təqdim etməklə hesab aça bilərsiniz.

Mədaxil-məxaric əməliyyatları necədir?

Mədaxil üçün Unibankın istənilən filialına yaxınlaşaraq və ya "UBank" mobil tətbiq vasitəsi ilə hesabınızı artıra bilərsiniz. Vəsait bir iş günü ərzində ticarət platformasında əks olunur. Məxaric üçün isə “Unicapital İnvestisiya Şirkəti” ASC -ə yazılı müraciət edərək və ya platformadan məxaric əməliyyatını həyata keçirməklə vəsaitini geri çəkə bilər. Vəsait bir iş günü ərzində müştərinin bank hesabında əks olunur.

Ticarət zamanı nə kimi xərclər mövcuddur?

Ticarət zamanı aşağıdakı xərclər mövcuddur: 1) Əqdlər üzrə komissiya xərci – komissiya haqqı hər əqd üzrə (həm alış, həm də satış zamanı) tətbiq olunur. Komissiya dərəcələri ilə tarif cədvəlindən tanış ola bilərsiniz. 2) “Overnayt” komissiya xərci – Forex və Kripto alətlərdə “Uzun” və “Qısa”, bir çox alətlərdə isə yalnız “Qısa” mövqenin saxlanılması üçün gündəlik komissiya tətbiq olunur. Dərəcələr bazar şəraitindən asılıdır və tez-tez dəyişirlər. Treyderlər müştəri portalında cari gecəlik haqları ilə tanış ola bilərlər. “Overnayt” Komissiyasının hesablanma qaydası: Mövqenin bazar dəyəri * Mövqedə olan “Overnayt” faiz dərəcəsi / 360.

Ticarət zamanı əldə olunan gəlir vergiyə cəlb edilir?

Vergi məcəlləsinə əsasən, qiymətli kağızların alqı-satqısından əldə olunan gəlir fiziki şəxslər üçün qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi təsnifləşdirilir və vergiyə cəlb olunur. Lakin Unicapital vergi agenti kimi çıxış etmədiyinə görə, vergi toplanması həyata keçirmir və ya hər hansı vergi öhdəlikləri ilə bağlı müştərilərə xidmət göstərmir. Vergi ilə bağlı dəqiq və aktual məlumat üçün müvafiq quruma müraciət edə bilərsiniz.

Qiymətli kağızlar harada saxlanılır?

Xarici emitentə məxsus qiymətli kağızlar xarici kontragentin əməkdaşlıq etdiyi depozitar təşkilatda saxlanılır. Daxili bazarda sahib olduğunuz qiymətli kağızlar isə hər bir müştərinin adına Milli Depozitar Mərkəzdə saxlanılır.

Gəlir və itki necə formalaşır?

Gəlir və zərəriniz investisiya qərarınız ilə birbaşa bağlıdır. Gəlir və zərər aktivin bazardaki qiymət dəyişikliyindən formalaşır. Bundan əlavə, müştəri divident və ya faiz ödənişləri əldə elə bilər.

Səhm nədir?

Səhm - öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır.

İstiqraz nədir?

İstiqraz - onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər.

Kriptovalyuta nədir?

Kriptovalyuta və ya qısaca kripto - mübadilə vasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal aktivdir.

Opsion nədir?

Opsion – sahibinə müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu verən maliyyə alətidir.

Hesab aç

Sorğunuzu qeydə aldıq.

Müraciətiniz üçün təşəkkür edirik!

Pulsuz konsultasiya

İnvestisiya sahəsində yenisiniz? Pulsuz konsultasiya vasitəsilə mütəxəssislərimizdən ətraflı məlumat alın.

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!