Haqqımızda

"UTrader" Unicapital İnvestisiya Şirkətinin təqdim etdiyi xidmətlərdən biridir

Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir.

“Unicapital İnvestisiya Şirkəti”ASC Böyük Britaniyanın “International Finance” jurnalının cari il üzrə araşdırmasına əsasən, ikinci dəfə “İlin Ən Yaxşı İnvestisiya Şirkəti” nominasiyası üzrə mükafata layiq görülüb. Əlavə olaraq Cbonds CIS - 2023 “Cbonds Awards” nominasiyaları üzrə 2023-cü il qaliblərini elan edib.

Şirkətin tarixi

2007

2007

2007-ci ildən etibarən "Unicapital" müştərilərinə qlobal və yerli bazarlarda broker xidməti göstərir.

O zamanlar investorların sifarişləri broker tərəfindən icra olunurdu. Lakin investorlar üçün bu şəkildə investisiya etmək müəyyən çətinliklər yaratdı: sifarişlər yalnız iş saatlarında yerləşdirilirdi, hesabatları anında əldə etmək və alətlərin siyahısını real zamanda izləmək mümkün deyildi.

2007-2021

2007-2021

İnvestisiyaya olan maraq artırdı. Treyderlər isə bəzi bazarlara birbaşa çıxış əldə etmək üçün xarici şirkətlərə müraciət edirdilər. Lakin müxtəlif platformalarda treyd etdikdə fərqli komissiyalar, müqavilələr və risklər nəzərə alınmalı idi.

Bununla yanaşı, investorların vəsaitləri xarici banklarda saxlanırdı. Bu isə, məxaric prosesini çətinləşdirdirə, əlavə xərclərin yaranmasına səbəb olurdu. Məsələ ilə bağlı optimal həll təqdim olunmalı idi.

2020-2021

2020-2021

İnvestorlardan topladığımız rəylər və bir müddət davam edən tədqiqatdan sonra bazara bir platforma təqdim etmək qərarına gəldik. Orada bütün alətlər yerləşdirilməli, ticarət prosesi isə rahat şəkildə həyata keçirilməli idi. Platformaya treydinqlə eyni zamanda ticarət hesabının idarə olunması imkanını yaratdıq.

Beləliklə, investorlara Unicapital komandası tərəfindən doğma dilimizdə hazırlanmış platforma olan “UTrader” terminalını təqdim etdik. Bu gün “UTrader” dünyanın bir çox maliyyə bazarlarına çıxış təmin edən Azərbaycan dilində ilk multialət platformasıdır.

“UTrader” haqqında

"UTrader"in unikal imkanları

  1. Bütün alətlər bir platformada
  2. Komissiyasız mədaxil və məxaric
  3. Ticarət terminalı və "Treydinq otağı" bir arada
  4. Avtomatlaşdırılmış hesabat

Hesab aç

Sorğunuzu qeydə aldıq.

Müraciətiniz üçün təşəkkür edirik!

Pulsuz konsultasiya

İnvestisiya sahəsində yenisiniz? Pulsuz konsultasiya vasitəsilə mütəxəssislərimizdən ətraflı məlumat alın.

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!